Azərbaycanlı deputat ölkədən qaçdı, mandatı əlindən alınır - TƏFƏRRÜAT

3-06-2025, 12:41           
Azərbaycanlı deputat ölkədən qaçdı, mandatı əlindən alınır - TƏFƏRRÜAT
Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsi Dumasının deputatı Xalid Tağı-zadə rayon parlamentinin iclasında “özbəklər Yuqraya, öz tarixi vətənlərinə qayıda bilərlər” deyə qalmaqallı açıqlamasından sonra bölgəni tərk erdib. Məlumata görə, kommunist müxalifətçi Azərbaycana gedib.

Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, o, Azərbaycana istirahətə gəlib.

Deputatın Rusiyanı tərk etməsi ilə bağlı bir neçə mənbə məlumat verib. Lakin bunu təsdiqləmək mümkün olmayıb - Dumanın iclası keçirilən mayın 29-dan bəri Tağı-zadə jurnalistlərin zənglərinə cavab vermir.

"Lakin o, iyunun 2-də onun bəyanatlarına baxan etika komissiyasında olmayıb. Dumanın iyunun 3-də keçiriləcək növbədənkənar sessiyasında onun mandatdan məhrum edilməsi məsələsinə baxılacağı gözlənilir. Deputatın həmin iclasda iştirak edib-etməyəcəyi məlum deyil", - Dumanın təsisatındakı digər mənbə qeyd edir.

Qalmaqallı kommunist müxalifətçi Xalid Tağı-zadənin taleyi Xantı-Mansiysk Muxtar Dairəsi Dumasının növbədənkənar sessiyasında həll olunacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru