Mask BMT-yə maliyyə yardımının dayandırılmasını istəyib

4-06-2025, 09:38           
Mask BMT-yə maliyyə yardımının dayandırılmasını istəyib
Amerikalı sahibkar İlon Mask Birləşmiş Millətlər Təşkilatının (BMT) maliyyələşdirilməsinin dayandırılmasına çağırıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Tesla" şirkətinin baş direktoru "X"-də paylaşım edib.

Milyarder bu fikrini BMT-nin baş katibi Antoniu Quterreşin çıxış etdiyi videonu şərh edərkən bildirib. Videoda Quterreş rəqəmsal platformalardan insanların aldadılması və nifrətin təşkili üçün istifadə edildiyini vurğulayıb.

Sözügedən videonu paylaşan istifadəçi isə BMT-nin guya "ifadə azadlığına qarşı müharibə elan etdiyini" iddia edib.

Mask isə paylaşımında qısa şəkildə yazıb: “BMT-nin maliyyəsini kəsin.”

Mart ayında Mask ABŞ-nin NATO və BMT-dən çıxmalı olduğunu bildirən siyasi fəal Günter İqlmanın paylaşımını dəstəkləmiş və repost etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru