İran XİN "qırmızı xətt"ini açıqladı

4-06-2025, 09:27           
İran XİN "qırmızı xətt"ini açıqladı
İran uranın zənginləşdirilməsini davam etdirmək üçün heç kimdən icazə istəməyəcək.

Oxu.Az kommersant.ru-ya istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bəyan edib.

O, ABŞ-nin İrana gələcək saziş çərçivəsində sülh məqsədli nüvə proqramından imtina etmək tələbi ilə bağlı belə şərh verib:

"Bu təklifdə (ABŞ-nin təklifi - red.) çoxlu qeyri-müəyyənlik var, bir çox məsələ aydın deyil. Biz bir neçə gün ərzində müvafiq cavab verəcəyik. Öz ərazimizdə uranın zənginləşdirilməsi "qırmızı xətt"dir. Düşünürəm ki, bütün ölkələr bu reallığı dərk ediblər", - deyə Abbas Əraqçi jurnalistlərə bildirib.

İranın nüvə proqramı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru