Bu ölkədəki ABŞ səfirliyi vətəndaşlarına XƏBƏRDARLIQ ETDİ

5-06-2025, 08:38           
Bu ölkədəki ABŞ səfirliyi vətəndaşlarına XƏBƏRDARLIQ ETDİ
ABŞ-nin Kiyevdəki səfirliyi Ukraynadakı vətəndaşlarına hava hücumu xəbərdarlığı zamanı ehtiyatlı olmağı və sığınacaq axtarmağı tövsiyə edib.
Müvafiq bəyanat Amerika səfirliyinin saytında dərc olunub.

“Rusiya son həftələrdə Ukraynaya qarşı raket və dron hücumlarının intensivliyini artırıb və əhəmiyyətli hava hücumları riski hələ də qalmaqdadır. ABŞ-nin Kiyevdəki səfirliyi ölkə vətəndaşlarını lazımi ehtiyatlı olmağa çağırır”, - bəyanatda deyilir.

Xüsusilə, Ukraynadakı ABŞ vətəndaşlarına hava hücumu ilə bağlı həyəcan siqnalı verilən zaman pəncərələrə yaxın durmamaq, sığınacaq üçün yerləri əvvəlcədən seçmək və yerli medianın yeniliklərini izləmək tövsiyə olunub.

Qeyd edək ki, Rusiya lideri Vladimir Putin ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı ölkənin aerodromlarına edilən hücumlara cavab verəcəyini bəyan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru