NATO Şərqdə müdafiə xəttini gücləndirir - Yeni raket strategiyası hazırlanır

Dünən, 10:44           
NATO Şərqdə müdafiə xəttini gücləndirir -
NATO ölkələri Alyansın şərq cinahını potensial hücumlardan qorumaq məqsədilə raket əleyhinə müdafiə sistemlərini genişləndirmək niyyətindədir.

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, Alyansa üzv dövlətlər mövcud raket qalxanını "digər inteqrasiya olunmuş müdafiə imkanları" ilə birləşdirməyi müzakirə edirlər. Rəsmi bəyanatlarda bu təşəbbüs İranın uzaqmənzilli raket potensialına qarşı tədbir kimi təqdim olunsa da, bir çox müşahidəçilər təklifi Rusiyaya qarşı çəkindirici addım kimi dəyərləndirir.

Danışıqların iyunun 24-25-də Haaqada keçiriləcək NATO sammitinə qədər yekunlaşa biləcəyi, lakin prosesin daha uzun müddət apara biləcəyi ehtimal olunur. Mənbələr həmçinin qeyd edirlər ki, təşəbbüsün Ukrayna münaqişəsinin həllinə necə təsir edəcəyi və ABŞ-ın bu planlara dəstəyinin olub-olmayacağı hələ də qeyri-müəyyəndir.

Xatırladaq ki, NATO sammiti iyunun 24-25-də Haaqa Konqres Mərkəzində keçiriləcək. Tədbirdə təxminən 45 ölkənin dövlət və hökumət başçıları, o cümlədən 45 xarici işlər və müdafiə naziri, ümumilikdə isə 6000-ə yaxın nümayəndə heyəti üzvünün iştirakı gözlənilir. ABŞ hökuməti artıq Prezident Donald Trampın tədbirdə iştirak edəcəyini təsdiqləyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.