Arvadına inanmayan kişi ABŞ-ı necə idarə edəcək? - FOTO

9-11-2016, 11:58           
Arvadına inanmayan kişi ABŞ-ı necə idarə edəcək? - FOTO
Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp həyat yoldaşı Melaniya Knaus, oğlu və gəlini ilə Nyu-Yorkdakı seçki məntəqələrindən birində səs verib.

“Qafqazinfo” “Milliyet”ə istinadən xəbər verir ki, Tramp xanımı səs verərkən onun seçki bülleteninə gözucu baxaraq hansı namizədə səs verdiyini görməyə çalışıb və bu an da jurnalistlərin obyektivinə tuş gəlib. Sosial şəbəkələrdə milyarderin həyat yoldaşına belə inanmadığı, onun prezident seçildiyi halda ABŞ-ı necə idarə edəcəyi ilə bağlı müzakirələr olub.

Qeyd edək ki, Trampın oğlu Erik də xanımı Lara səs verərkən onun bülleteninə baxıb.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.