“İran buna susmayacaq!” – Zəngəzur dəhlizində gərginlik artır Siyasət

Dünən, 07:54           
“İran buna susmayacaq!” – Zəngəzur dəhlizində gərginlik artır Siyasət
"Ermənistan Zəngəzur dəhlizi ilə bağlı Qərbin istəklərinə boyun əyə bilər".

Yenisabah.az xəbər verir ki, bu sözləri Türkiyə üzrə siyasi şərhçi Seyid Əli Qaem Məqami “Tabnak” saytına verdiyi açıqlamada bildirib. Qeyd edib ki, Ermənistan Qərbdən gələn güclü təzyiqlər fonunda Zəngəzur dəhlizi məsələsində İranın maraqlarını kənarda qoyan bir həll variantını qəbul edə bilər.

Onun sözlərinə görə, ABŞ-ın bu dəhlizə 100 il müddətinə özəl şirkət vasitəsilə nəzarət etmək planı, əslində, bölgədə uzunmüddətli strateji iştirakını təmin etmək və eyni zamanda İran, Rusiya və Çin kimi regional güclərin təsirini zəiflətmək məqsədi daşıyır. pizza mizza

Qaem Məqami hesab edir ki, əgər dəhliz Ermənistanın ərazi bütövlüyü daxilində, İranla sərhəddə toxunulmazlıq prinsipi əsasında və Tehranın tranzit maraqlarını qorumaqla həyata keçirilərsə, bu barədə razılaşma mümkündür.

Lakin ekspert xəbərdarlıq edib ki, əgər Qərbin təzyiqi nəticəsində Ermənistan İranın mövqeyini nəzərə almayan bir yanaşmaya razı olsa, Tehran buna ciddi reaksiya verəcək. O qeyd edib ki, İran belə bir ssenariyə qarşı həm diplomatik, həm də praktik addımlar atmaqdan çəkinməyəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru