Yüksəkgərginlikli elektrik xətlərinin altındakı torpaqların dəyərləndirilməsinə başlanılır

Dünən, 09:11           
Yüksəkgərginlikli elektrik xətlərinin altındakı torpaqların dəyərləndirilməsinə başlanılır
Azərbaycanda yüksəkgərginlikli elektrik ötürücü xətlərin altındakı torpaq sahələrinin dəyərləndirilməsi işlərinə başlanılır.

TEREF "Trend"ə istinadən xəbər verir ki, həmin torpaq sahələrinin dəyərləndirilməsi ilə yanaşı, mütəxəssis rəyi və AZURE layihəsi üçün müəyyən hesabatların hazırlanması işləri də həyata keçiriləcək.

Məlumata görə, "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti (ASC) bununla bağlı müvafiq işləri tamamlayıb.

Belə ki, ASC bu işlərin icrasını "Real Prays" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, MMC-yə 359,9 min manat ödənilib.

"Real Prays" MMC 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan MMC-nin qanuni təmsilçisi Ehtibar Haxverdi oğlu Nəsirovdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru