Kaya Kallas: "Aİ Rusiyaya Helsinki Aktının prinsiplərini məhv etməyə imkan verməyəcək"

Dünən, 09:12           
Kaya Kallas: "Aİ Rusiyaya Helsinki Aktının prinsiplərini məhv etməyə imkan verməyəcək"
Rusiya Ukraynaya qarşı hərəkətləri ilə 50 il əvvəl imzalanmış Helsinki Yekun Aktında qeyd olunan öhdəliklərdən uzaqlaşır.
“Report” xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas sosial şəbəkədə yazıb.

“Rusiya Ukraynanı məhv etmək istəyir. Bununla onlar 50 il əvvəl Helsinki Yekun Aktında verdiyi vədi pozurlar”, - o vurğulayıb.

Kallas bildirib ki, sənəd suverenliyə, ərazi bütövlüyünə və hər bir ölkənin öz müttəfiqlərini müstəqil seçmək hüququna hörməti təsbit edir.

“Biz Rusiyanın bu prinsipləri məhv etməsinə imkan verməyəcəyik”, - o əlavə edib.

Paylaşım Rusiyanın son hücumu nəticəsində Kiyevdə çoxsaylı insan tələfatı barədə xəbərlər fonunda edilib.

Qeyd edək ki, iyulun 31-də Rusiyanın raket zərbəsi nəticəsində azı 11 nəfərin, o cümlədən 1 uşağın ölməsindən sonra həlak olanların xatirəsinə avqustun 1-i Kiyevdə matəm günü elan edilib.

Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, Rusiyanın qeyd olunan raket zərbələri nəticəsində 11-i uşaq olmaqla ümumilikdə 93 nəfər xəsarət alıb. Zərərçəkənlərin axtarışları davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru