"Trampa qarşı aksiya keçirənlər ABŞ Konstitusiyasını pozurlar" — Deputat

12-11-2016, 20:30           

Donald Trampın prezident seçilməsi ölkə daxilində də birmənalı qarşılanmayıb.

Trampın prezident seçilməsinə qarşı çıxanlar etiraz aksiyalarına başlayıblar. Etirazçılar hətta bu gün paytaxt Vaşinqtonun mərkəzi küçəsini bağlayıblar.

ABŞ-da seçkidən sonra baş verən hadisələrlə bağlı millət vəkili Araz Əlizadə öz fikirlərini Ölkə.Az-la bölüşüb:

"ABŞ-da bu etiraz aksiyaları ona görə baş verdi ki, orada hakim dairələr bütün dünyaya öz iradələrini diqtə etməyə öyrəşiblər. Etiraz aksiyasını gənclər, milli və cinsi azlıqlar edir.

ABŞ vətəndaşları öyrəşib ki, bizim hakim dairələr nə deyirsə, o da olmalıdır. Ona görə də, ABŞ Konstitusiyasına zidd olaraq tələb edirlər ki, seçicilər ümumi seçicilərin iradəsini yerinə yetirməsinlər və Hillari Klintona səs versinlər, yəni, ABŞ Konstitusiyasını pozsunlar. Onlar o qədər başqa dövlətlərin konstitusiyalarını pozublar ki, indi öz dövlətlərinindən də həmin şeyi tələb edirlər.

Özbaşınalığa öyrəşəndən sonra elə başa düşürlər ki, zorakılıqla hər şeyi etmək olar. ABŞ vətəndaşları xaricdə etdiklərini daxildə də etmək istəyirlər".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.