Leyla Əliyeva bəbirlərin mühafizəsi ilə bağlı saziş imzaladı

17-11-2016, 00:03           

IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva “Qafqaz Təbiəti Mərkəzi” Muxtar Qeyri-Kommersiya Təşkilatının Moskva şəhərində yerləşən baş qərargahında təşkilatın baş direktoru Renata Şyuşayte ilə görüşüb.
Gununsesi.info-nun məlumatına görə, R.Şyuşayte rəhbərlik etdiyi təşkilatın fəaliyyəti və gələcək planları barədə məlumat verib. Bildirib ki, “Şimali Qafqaz təbiətinin qorunması və mühafizəsi Mərkəzi” Muxtar Qeyri-Kommersiya Təşkilatı (“Qafqaz Təbiəti Mərkəzi” MQKT) “Şimali Qafqaz Kurortları” Səhmdar Cəmiyyəti tərəfindən yaradılıb.
Leyla Əliyeva öz növbəsində IDEA-nın Qafqazın nadir heyvan növlərinin mühafizəsi layihələrindən, o cümlədən “Qafqazın Böyük Beşliyi” proqramı barədə danışıb. O, 2016-cı ilin iyun ayında Soçi Milli Parkına səfərini xatırlayaraq, burada yaradılmış Qafqazda Bəbirlərin Bərpası Mərkəzinin fəaliyyətini müsbət qiymətləndirib.
Görüşdə IDEA İctimai Birliyi və “Qafqaz Təbiəti Mərkəzi” MQKT arasında əməkdaşlıq sazişi imzalanıb. Sazişə əsasən tərəflər arasında Qafqaz bəbirinin mühafizəsi və sayının artırılması sahəsində birgə fəaliyyət istiqamətləri müəyyən olunub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.