Prezident yeni komitə yaratdı, nazirlərə daha bir vəzifə verdi –SİYAHI
18-11-2016, 20:00
Prezident İlham Əliyev bu gün daha bir sərənsam imzalayıb.
teref.az xəbər verir ki, sərəncama əsasən, Bakı şəhərində 2017-ci ildə voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə belə qərar verilib:
1. 2017-ci ilin sentyabr–oktyabr aylarında Bakı şəhərində voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin keçirilməsi ilə bağlı aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:
Təşkilat Komitəsinin sədri
Yaqub Eyyubov – Azərbaycan Respublikası Baş nazirinin birinci müavini
Təşkilat Komitəsinin üzvləri
Hacıbala Abutalıbov – Bakı şəhər İcra Hakimiyyətinin başçısı
Fatma Abdullazadə – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri
Azad Rəhimov – Azərbaycan Respublikasının gənclər və idman naziri,
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti
Cavid Qurbanov – "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, Azərbaycan Voleybol Federasiyasının prezidenti
Elmar Məmmədyarov – Azərbaycan Respublikasının xarici işlər naziri
Ramil Usubov – Azərbaycan Respublikasının daxili işlər naziri
Kəmaləddin Heydərov – Azərbaycan Respublikasının fövqəladə hallar naziri
Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri
Mikayıl Cabbarov – Azərbaycan Respublikasının təhsil naziri
Ziya Məmmədov – Azərbaycan Respublikasının nəqliyyat naziri
Oqtay Şirəliyev – Azərbaycan Respublikasının səhiyyə naziri
Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri
Ramin Quluzadə – Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri
Mədət Quliyev – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
Elçin Quliyev – Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi
Cahangir Əsgərov – "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti
Balababa Rzayev – "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri
Çingiz Hüseynzadə – Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti
Ağacan Abiyev – Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Baş katibi
Faiq Qarayev – Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti
2. Bu Sərəncamın 1-ci hissəsi ilə yaradılmış Təşkilat Komitəsi 2017-ci ildə voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin Bakı şəhərində keçirilməsinə dair Tədbirlər Planını hazırlayıb həyata keçirsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.