Sarkozi ilkin seçkilərdə məğlub olub

21-11-2016, 10:06           
Sarkozi ilkin seçkilərdə məğlub olub
Sabiq prezident Nikolya Sarkozi Fransada sağ-mərkəzçilərin prezidentliyə namizədini müəyyənləşdirmək üçün keçirdikləri ilkin seçkilərdə məğlub olub. Modern.az saytı xəbər verir ki, APA-nın “AFP” agentliyinə istinadən verdiyi xəbərə görə, N.Sarkozi artıq məğlubiyyətini etiraf edib.

Sarkozi seçkilərin ikinci turunda Fransua Fiyonun namizədliyini dəstəkləyəcəyini bəyan edib.

İkinci tura Bordo şəhərinin meri Alen Jüpe və sabiq baş nazir Fransua Fiyon adlayıb.

Seçkilərin ilkin nəticələrinə əsasən, F. Fiyon 43,6%, A.Jüpe - 26,7%, N.Sarkozi isə 22,9% səs toplayıb.

Respublikaçılar Partiyasının rəhbərlik etdiyi sağ-mərkəzçilərin ilkin seçkilər nəticəsində müəyyənləşdirəcəyi namizədi 2017-ci ildə keçiriləcək prezident seçkilərində sağ-mərkəzçilərin vahid namizədi olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru