Avropa Məhkəməsinin Ilqar Məmmədovla bağlı çıxardığı qərar bizim üçün çox vacibdir- Bricit Brink
23-11-2016, 09:01
Avropa Məhkəməsinin REAL Hərəkatının lideri Ilqar Məmmədovla bağlı çıxardığı qərar bizim üçün çox vacibdir.
Gununsesi.info xəbər verir ki, bu fikri ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricit Brink Azərbaycana səfərinin yekunları ilə bağlı ABŞ-ın Azərbaycandakı səfirliyində mətbuat konfransında deyib.
Xanım Brink İ. Məmmədovun həbsdən azad edilməsi barədə Avropa Məhkəməsinin qərarının yerinə yetirilməməsi ilə bağlı ona ünvanlana sualdan yayınaraq bildirib ki, danışıqları haqda geniş danışmaq istəmir.
Bununla belə, amerikalı diplomat bildirib ki, bu məsələ onlar üçün çox vacibdir.
“Avropa Məhkəməsinin qərarı da bizim üçün çox vacibdir. Əsas azadlıqlar, mətbuat azadlığı, toplaşmaq azadlığı, tənqidi səslərin olması demokratik cəmiyyətin inkişafı üçün çox vacibdir. Burada ABŞ təcrübəsi var. ABŞ adminsistrasiyasının işçisi kimi mən də tənqidə məruz qalıram. Tənqid demokratik cəmiyyətin gücüdür”- deyə, amerikalı diplomat vurğulayıb.
Amerikalı diplomat, ona danışıqlarda demokratiya sahəsində hansı irəliləyişin və “AzadlıqRadisounun” Bakı ofisinin açılacağı ilə bağlı razılığın olub-olmaması ilə bağlı sualdan da yayınaraq bildirib ki, diplomatiyanın əsas qaydalarından biri odur ki, gələcək planlar barədə düşünmürsən:
“Demokratik cəmiyyətlərdə media azadlığı, sərbəst toplaşmaq azadlığı, vətəndaş cəmiyyəti demokratiyanın inkişafında mühüm rol oynayır”.