Bankların bağlanma səbəbi açıqlandı

23-11-2016, 20:32           

“Banklar iqtisadi subyektlərin aldıqları kreditə xidmət edə bilməməsi nəticəsində bağlanır”

Bankların vəziyyəti onlardan kredit götürmüş şəxslərin bu borca xidmət etmə imkanları ilə bağlıdır.

Bunu Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib.


Onun sözlərinə görə, əgər ev təsərrüfatı subyektləri öz borclarına xidmət edə bilərlərsə, bank sektorunda likvidliklə bağlı hər hansı problem yaranmaz: “Bank sektorunda bu gün yaranan və bağlanan banklarda da mövcud olan problem yalnız iqtisadi subyektlərin banklardan aldığı kreditə xidmət edə bilməməsi nəticəsində yaranıb. Fikir versəniz, bu bankların heç biri burada baş verən hər hansı əməliyyatlar səbəbindən bağlanmayıb. Düşünürük ki, baş verən devalvasiyalardan sonra iqtisadi subyektlər borclarını ödənilməsinə daha həssas yanaşacaqlar”. (APA)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru