Zaxarova Avroparlamenti «yıxıb sürüdü»!

24-11-2016, 09:27           
Zaxarova Avroparlamenti «yıxıb sürüdü»!
AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Avroparlamentin «Rusiya KİV-ə qarşı fəaliyyət» Bəyannaməsini «informasiya cinayəti» adlandırıb.

«Bu, cinayətdir -terrorçuluq, fundamentalizm formalı real təhlükələr az imiş kimi, millətçilik və ksenofobiya formalı qidalandırıcı mühitin də təhdidi altında olduğumuz bir vaxtda beynəlxalq ictimaiyyətin diqqətini tamamilə başqa səmtə yönəltmək cəhdidir» – deyə, diplomat «Rossiya-1» telekanalında yayımlanan «Veçer s Vladimirom Solovyovım» proqramında danışıb.

Onun sözlərinə görə, belə qərarı qəbul etməklə qərbin siyasətçiləri cinayət törədirlər, çünki bununla insanlara alternativ mənbələrdən informasiya almaqla analiz aparmaq və düşünmək imkanı vermirlər.

«Həqiqət məhz mübahisədə doğulur, yalnız bir neçə arqumentin ortada olduğu zaman gələcəkdə necə davranmağı anlamaq olar. Bax, bu zəhrimar kağız parçasına görə, nəinki «lehinə» və ya «əleyhinə» səs verməyə utandılar, əksinə, 200 nəfər səsvermə zamanı sadəcə bitərəf qaldı. Görünür ki, həmin insanlar sadəcə, bu prosesə cəlb olunmaq istəməyiblər. Bax, bu kağız parçası -informasiya cinayətinin şəhadətnaməsidir!» – deyə, Zaxarova Avropalamenti amansız tənqid atəşinə tutub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.