Prezidentin acı sonu və Amerikanın məhvi: “Tramp prezident postunda əyləşə bilməyəcək”

24-11-2016, 13:26           
Prezidentin acı sonu və Amerikanın məhvi: “Tramp prezident postunda əyləşə bilməyəcək”
Nəhəng qəza ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın səlahiyyətlərinin icrasına başlamağa imkan verməyəcək. teref.az publika.az-a istinadən xəbər verir ki, bu barədə məşhur öncəgörən Vanqanın proqnozlarını araşdıran mütəxəssislər bildirir. Hadisələrin inkişafının bir neçə variantı mövcuddur: güclü iqtisadi böhran, qlobal soyuqlaşma, yaxud ABŞ-ın şimal və cənub ştatlarına parçalanması.
Vanqanın öncəgörmələrini araşdıran mütəxəssislər onun Amerika ilə bağlı yeni proqnozlarını ortaya çıxarıblar. Vanqa yaşayarkən deyirdi: “Bu ölkəni iflas və həlak olmaq gözləyir. Vaşinqtonu sarsıntı gözləyir, Amerika sivilizasiyasının sonu gələcək”. “Barak Obamanın prezident olacağını və onun ABŞ-ın sonuncu prezidenti kimi tarixə düşəcəyini də öncədən xəbər verən Vanqanın sözləri Trampın yanvarın 20-də prezident səlahiyyətlərinə başlaya bilməyəcəyini deməyə əsas verir”, – deyə “Cənub Federalı” saytı yazır.
ABŞ-da güclü iqtisadi böhran baş verə, yaxud ölkə parçalana və imperiya dağıla bilər. Həmçinin, qlobal buzlaşma hər şeyi alt-üst edə bilər: Gözlərilən ssenarilər belədir. “Los Angeles Times” nəşri yazır ki, artıq bu proqnozların ilkin işartıları görünür: “Kaliforniya ştatının müstəqilliyini istəyən “Yes California” hərəkatı referendumun keçirilməsini tələb edir. “Calexit” adlandıran hərəkat artıq referendumla bağlı ştatın Baş prokurorunun aparatına müraciət edib. Referendumun 2019-cu ildə keçirilməsi nəzərdə tutulur”.
Artıq amerikalı mütəxəssislər də Vanqanın pronozlarının doğru ola biləcəyini istisna etmirlər. “Yes California” hərəkatının üzvü Markus Ruis Evans deyir: “Bütün bunlar realdır”. Bəzi məlumatlara görə, “Yes California” hərəkatı Rusiya başda olmaqla bir sıra ölkədə “səfirlik” də açmağı planlaşdırırlar.
Mütəxəssislər baş verənlərin “Trampın prezident postunda əyləşə bilməyəcəyi” proqnozuna uyğun olduğunu qeyd edirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.