Səudiyyənin OPEC-ə rədd cavabı verməsi neft birjalarını çalxalayır –Neftin qiyməti neçəyə düşəcək?

28-11-2016, 09:58           
Səudiyyənin OPEC-ə rədd cavabı verməsi neft birjalarını çalxalayır –Neftin qiyməti neçəyə düşəcək?
OPEC-in neft hasilatını azaltmağa bağlı bir razılaşma əldə edə biləcəyinə şübhələrin olması üzündən Brent neftinin bareli 47 dollardan təklif olunur.

Qrup hasilatın azaldılması təklifini çərşənbə günkü yığıncaqda rəsmiləşdirmək üçün, bazar ertəsi günü bir toplantıya hazırlaşır.

Bazar günü Səudiyyə Ərəbistanı ilk dəfə OPEC-in neft istehsalını azaltmaq məcburiyyətində olmadığını ifadə edib və Rusiya daxil olmaq üzrə qrupa daxil olmayan xarici istehsalçılarla reallaşdırılacaq əvvəldən planlaşdırılmış bir yığıncaqda iştriak etməkdən imtina edib. OPEC üzvləri anlaşılmazlıqları aradan qaldırmaq məqsədilə və razılaşmaya nail olmaq üçün son bir səy göstərmək üzrə, bazar ertəsi günü Viyanada bir araya gələcəklər.

“Bazar, Səudiyyə Ərəbistanının bazar ertəsi keçiriləcək görüşdən imtina etməsi ilə bağlı xəbərilə ciddi təzyiq altındadır. OPEC razılaşma əldə etsə belə sözünü tutacağı şübhəlidir, çünki üzvləri istehsalı davamlı artırır” deyə analitiklər bildirirlər.

Bakı vaxtı ilə saat 08:00-a olan məlumata görə, Nymex-də icra olunan WTI nefti 46.03 dollardan, Londonda icra olunan Brent nefti isə 47.20 dollardan alıcı tapıb. Hər iki növ neftin qiymətləri cüzi aşağı düşüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.