Gürcüstanın yeni baş nazirindən Azərbaycanla bağlı - Açıqlama

28-11-2016, 10:06           

Gürcüstanın yeni baş naziri Georgi Kvirikaşvili ölkədə mühüm islahatların keçiriləcəyinə söz verib.

"Report" "Kafkazskiy uzel"ə istinadən xəbər verir ki, o, 4 il ərzində Gürcüstanda vergi, pensiya və hüquq-mühafizə orqanlarında islahatların keçiriləcəyini bildirib.

Yeni baş nazir qeyd edib ki, hökumətin "Azadlıq, sürətli inkişafı və əmin-amanlıq" proqramı məqsədyönlü və realdır. Kvirikaşvili regional münasibətlərin əhəmiyyəti haqqında da danışıb.

O, ölkəsinin Azərbaycan və Türkiyə ilə münasibətlərini strateji əhəmiyyətli adlandırıb. Bununla yanaşı, Rusiya ilə də münasibətlərin əhəmiyyətli olduğunu bildirib. Lakin Kvirikaşvili Gürcüstanın ərazi bütövlüyü və müstəqilliyi ilə bağlı məsələdə heç bir güzəştin olmayacağını deyib.

Qeyd edək ki, Gürcüstan prezidenti Georgi Marqvelaşvili ötən gün parlamentin etimad göstərdiyi Georgi Kvirikaşvilinin ölkənin baş naziri təyin olunması barədə fərman imzalayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru