“Tarif Şurasında bu gün-sabah həbsə getmələrini gözləyən adamlar var”

30-11-2016, 01:24           
“Tarif Şurasında bu gün-sabah həbsə getmələrini gözləyən adamlar var”
“Tarif Şurasında bu gün-sabah həbsə getmələrini gözləyən adamlar var“.

Bunu Moderator.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib.

Partiya sədrinin sözlərinə görə, qurumda milyonlarla rüşvət almaqda şübhəli bilinən şəxslər təmsil olunur:

"Rabitə nazirinin müavini 2.5 milyon rüşvət almaqda şübhəli bilinir. Buna görə də o insanlar ölkədə narazılıq dalğası yaratmaq istəyirlər. Mən millətimə səbr arzu edirəm, biz hazırda böyük bir təxribatla üz-üzəyik. Hesab edirəm ki, prezident yaxın zamanlarda öz sözünü deyəcək. Biz neft-qaz ölkəsiyik, bizdə belə hadisələr olmamalıdır. Ölkədə istehsal sahələri çox pis vəziyyətdədir, aqrar sektor iflasa uğrayıb, insanların gəliri azalıb. Belə bir şəraitdə qiymətlərin bahalaşması doğru deyil. Ölkədə bəzi məsul şəxslər vicdansızlıq edərək qardaşım İlham Əliyev qarşı təxribat törədirlər. Onlar bunu etməyə də bilərdilər. Onların özlərində milyonlarla pul var. O, şəxslər yığdıqları rüşvətin bir hissəsini büdcəyə qoyub boşluğu kompensasiya edə bilərdilər. Amma onlar nədənsə bunu etmirlər. İstəyirlər ki, ölkədə xaos olsun. Biz bu kimi halların qarşısını almaq üçün bütün günü çalışırıq. Mənim gecəm-gündüzüm yoxdu. Gün ərzində 2-3 saat yuxu yatıram. Bax elə indinin özündə də 15 nəfər ziyalı ağsaqqal qərargahımıza gələrək ölkənin aqibəti barədə soruşur. Mən hamıya səbrli, təmkinli olmağı məsləhət bilirəm. Hamı səbrli olmalıdır, prezident bunu belə qoymayacq. Hesab edirəm ki, yaxın günlərdə maaşlar qalxacaq. Şəxsən mən və mənim partiyam bütün təxribatlara baxmayaraq ölənə qədər prezidentimiz İlham Əliyevi müdafiə edəcəyik.”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.