Deputat Səttar Mehbalıyev da dilə gəldi:“İş adamları fəaliyyətini dayandıracaq, işsizlik artacaq”

30-11-2016, 16:37           

“Elektrik enerjisi və qazın qiymətinin qaldırılması ölkədə işsizliyin sayının artmasına təkan verəcək”.

Bu sözləri deputat, Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev parlamentdə 2017-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı deyib. (modern.az)

Deputat bildirib ki, artıq bununla bağlı iş adamları ona müraciət edib və gələcək fəaliyyətlərində ciddi problemin olacaqlarını dilə gətiriblər: “Misal üçün bir şəxs iki hektara yaxın istixanasının olduğunu və təkcə indiyədək ayda enerji daşıyıcılarına 25 min manatadək vəsait xərclədiyini bildirdi. Bundan sonra isə bu xərclər iki dəfə artaraq 50 min manat edəcək. İş adamı da nəticədə fəaliyyətini dayandıracaq və işçiləri ixtisara salacaq. Bu da işsizliyin artmasına səbəb olacaq. Onlar hara gedəcək?!”.

Səttar Mehbalıyev xəstəxanaların özəlləşməsi ilə bağlı məsələyə də münasibət bildirib: “Ən azından işçilərə alternativ iş yeri təklif olunmalıdır. Onlar iş yerləri ilə təmin olunmalıdır ki, sonra müəssisə özəlləşdirilməyə çıxarılsın. Bu gün özəlləşdirilməyə çıxarılacaq kifayət qədər istifadəsiz müəssisələr var, qoy onlar öncə çıxarılsın. SOCAR-a məxsus yetərincə istifadəsiz istirahət mərkəzləri var. Qoy onlar çıxarılsın. Müəssisə özəlləşən zaman insan amili öndə olmalıdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.