İntizam Komissiyası deputatı cəzalandıra bilər - Elxan Süleymanovun qələmi qırılıb?

30-11-2016, 19:26           
İntizam Komissiyası deputatı cəzalandıra bilər - Elxan Süleymanovun qələmi qırılıb?
85 saylı Şamaxı seçki dairəsindən Milli Məclisin deputat Elxan Süleymanov AVRONEST Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin rəhbəri vəzifəsindən azad olunub.
Deputat Elxan Süleymanov AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin sədri olduğu müddətdə Milli Məclisin komitə və plenar iclaslarına qatılmayıb.

Maraqlısı odur ki, Elxan Süleymanov AVRONEST PA-dakı vəzifəsindən azad olunduqdan sonra da Milli Məclisin iclaslarına gəlmir.

Modern.az saytı məsələ ilə bağlı Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Əbiyevin fikirlərini öyrənib.

Parlamentin və deputatların intizam məsələlərinə cavabdeh olan komissiyanın sədri Ağacan Əbiyev Modern.az-a açıqlamasında bildirib ki, əgər Elxan Süleymanovla bağlı Milli Məclisin sədri İntizam Komissiyasına hansısa tapşırıq versə, bu, mütləq icra olunacaq:

“Əgər Milli Məclisin sədri deputat Elxan Süleymanovla bağlı bizə tapşırıq versə, onu İntizam Komissiyasına dəvət edəcəyik”.

Ağacan Əbiyev bildirib ki, deputatlara hansısa intizam cəzasının verilməsi parlamentin sədrinin tapşırığına əsasən həyata keçirilir:

“Hansısa deputata intizam cəzasının verilməsi, onunla bağlı ölçü götürülməsini Milli Məclisin sədri tapşırır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru