Azərbaycanlılara böyük jest - Putindən göstəriş

3-12-2016, 10:01           

Prezident Vladimir Putin hökumətdən, xüsusilə, keçmiş SSRİ respublikaları vətəndaşlarının Rusiya vətəndaşlığı alması prosedurunu sadələşdirmək üçün tədbir görməyi xahiş edib.

Report xəbər verir ki, "İnterfax" Putinin sözlərini sitat gətirib:

"Mən dəfələrlə hökumətin diqqətini, xüsusilə, keçmiş Sovet İttifaqı respublikalarının müəyyən kateqoriyalı vətəndaşlarının Rusiya vətəndaşlığı alması ilə bağlı məsələlərdə bürokratiyanın maksimum dərəcədə aradan qaldırılmalı olduğuna yönəltmişəm".

Prezident qeyd edib ki, buna nail olmaq, o qədər də asan iş deyil, burada təhlükəsizliyin təmin edilməsi ilə bağlı xeyli məsələ var.

O, həmçinin əlavə edib ki, mümkün sadələşdirmə müəyyən kateqoriyalı şəxslərə, məsələn, yaradıcılıqla məşğul olan peşə sahiblərinə şamil edilməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru