"Azərbaycanda FETÖ-yə qarşı həyata keçirilən tədbirləri alqışlayırıq" - Türkiyə xarici işlər naziri

3-12-2016, 14:00           
"Azərbaycanda FETÖ-yə qarşı həyata keçirilən tədbirləri alqışlayırıq" - Türkiyə xarici işlər naziri
"Azərbaycana son səfərimdən sonra Türkiyədə hərbi çevriliş cəhdi oldu".

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycanda işgüzar səfərdə olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

M. Çavuşoğlu çətin vaxtında Türkiyəyə verdiyi dəstəyə görə Azərbaycana, prezident İlham Əliyevə təşəkkür edib: "Qardaşlıq çətin günlərdə üzə çıxır. Biz bunu heç vaxt unutmayacağıq. FETÖ-nün üzünü bir daha gördük. FETÖ-yə qarşı Azərbaycanda həyata keçirilən tədbirləri alqışlayırıq".

Türkiyə xarici işlər naziri bildirib ki, Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir: "Bu istiqamətdə əməkdaşlığımızı daim gücləndirmək üçün çalışırıq. TANAP bizim üçün birinci dərəcəli layihədir. Öncə Azərbaycan qazı Türkiyəyə gələcək, daha sonra Avropaya ixrac olunacaq".

M. Çavuşoğlu deyib ki, üçlü formatda keçiriləcək görüşlərlə bağlı da nazir E. Məmmədyarovla müzakirələr aparıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru