Fətullah Gülənin Bakıdakı adamları təşvişdə - Kimlər hədəfdədir?
7-12-2016, 13:26
Qardaş Türkiyədə məlum 15 iyul çevrilişə cəhdinin ardından hədəfə alınan Fətullah Gülən və onun adamlarına qarşı kampaniya təkcə qeyd olunan ölkənin sərhədləri ilə məhdudlaşmır. Əslində qlobal bir problemə çevrilmiş Gülən camaatının Azərbaycanda da yetərli dayaqlarının olduğu faktdır ki, artıq bununla bağlı ölkəmizin hüquq-mühafizə orqanları və digər müvafiq qurumları gərəkən addımları atmaqdadırlar. Nəticədə Azərbaycanın siyasətinə qədər uzana bilmiş Gülən camatının müxalifətdəki emissarlarından biri həbs olunub, Gülənə aid iş yerləri, təhsil ocaqları ləğv edilmiş və bir sıra tədbirlər həyata keçirilib.
Amma DİA.AZ-a daxil olan son məlumatlardan aydın olur ki, proses hələ bitməyib və davamı var. Mənbənin söylədikləri:
"Məlumdur ki, hələ də Azərbaycanda Gülən camatının dəstəyi ilə mövqe qazanmış simalar mühüm yerlərdə qərarlaşmaqdadırlar. Onlar həm dövlət qurumlarında var, həm də iş yerlərini, biznes imkanlarını qoruyurlar. Bu dəfə sıra onlara gələcək".
Mənbənin dia.az-a söylədiyinə görə, yazın günlərdə Gülən camatının Azərbaycan uzantısına şok bir zərbə vurulacaq: "Bir zamanlar Prezident Administrasiyasında mühüm post tutmuş Elnur Aslanov sonradan Əli Abbasova sığındı. Amma orda da dura bilmədi. Təkcə Türkiyədəki yox, Azərbaycandakı himayədarları da ifşa olundu. Bununla yanaşı, hələ də Bakı Ticarət Limanına rəhbərlik edən şəxslər var ki, onlar da Gülən camatına sığınıblar. Bütün bu çevrələrə həlledici zərbələrin vurulacağı istisna deyil. Gözləyək"