SON DƏQİQƏ: Siyavuş Novruzovdan SENSASİYALI Açıqlama

7-12-2016, 21:42           

Siyavuş Novruzov: "Artıq strukturlar ləğv olunmalı, onlara verilən vəsait digər yerlərə sərf olunmalıdır. Oxşar strukturlar birləşdirilməlidir"

"Azərbaycanda aztəminatlı ailələri nəzərə almalıyıq. Əgər harada nəsə kəsilirsə, aztəminatlı ailələrin hesabından heç nə kəsilməməlidir. O cümlədən şəhid ailələri, müharibə veteranları və digər şəxslər burada nəzərə alınmalıdır. Çox yaxşı haldır ki, sosial sahə öz yerindədir. Sosial sahədə gedən proseslər davamlı şəkildə həyata keçirilir".

Sputnik xəbər verir ki, bunu parlamentdə keçirilən plenar iclasda, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP icra katibinin müavini Siyavuş Novruzov deyib. Millət vəkili bildirib ki, digər sahələrdə kifayət qədər yeni islahatlar aparılmalıdır: "İlk növbədə kiçik və orta sahibkarlığa "yaşıl işıq" yandırılmalı, bəzi hallarda kiçik sahibkarlar vergidən azad edilməli, orta sahibkarlıq üçün isə vergi dərəcələri aşağı salınmalıdır. Ki, bu, növbəti illər üçün yeni gəlirlər gətirsin".

Onun sözlərinə görə, 2017-ci ilin büdcəsi hazırlanarkən bütün imkanlar nəzərə alınıb: "Büdcə layihəsi qanunvericiliyin tələblərinə uyğun olaraq təqdim olunub". S. Novruzov deyib ki, Azərbaycan neft strategiyasından ən uğurlu istifadə edən ölkələrdən biri olub: "Neftin qiyməti baha olan zaman bir qrup insan hesab edirdi ki, neft gələcək nəsillərə, bir qismi isə düşünürdü ki, Dövlət Neft Fonduna yığılmalıdır. Amma Azərbaycan dövləti, ölkə başçısının rəhbərliyi ilə neft strategiyasını düzgün həyata keçirərək, bütün sosial obyektlərə və sosial sahəyə böyük diqqət yetirdi, nəticə etibarı ilə Azərbaycanda 3 mindən artıq məktəb tikildi, 600-dən çox xəstəxana və diaqnostika mərkəzi, 100-ə yaxın idman obyekti tikildi, istifadəyə verildi, yollar, körpülər salındı. Burada oturan insanlar da həmişə bunu uğurlu siyasət kimi tərifləyirdilər, amma bəzən görürəm ki, bu gün artıq bəziləri tənqidə keçiblər". Deputat diplomatik korpusların bağlanması məsələsinə də toxunub: "Diplomatik korpusların açılması Milli Məclisin qərarı ilə olub. Bu məsələ diqqətlə ölçülüb-biçilməlidir. Çünki, digər ölkəyə biz hansı formada izah edəcəyik ki, burada biz diplomatik korpusu bağlayırıq və yaxud hansısa ştatı təxirə salırıq. Bu yaxınlarda biz Özbəkistanda səfərdə olduq. Özbəkistanda prezident seçkilərində iştirak edirdik. Özbəkistan Azərbaycanın strateji tərəfdaşıdır və az sayda ölkələrdəndir ki, Ermənistanda səfirlik açmayıb. Lakin Özbəkistanda hərbi attaşe vəzifəsi ixtisara salınır. Onlar heç cür başa düşə bilmirlər ki, bu, nəyə görə ixtisara salınır". "Biz indi deməliyik ki, vəsaitimiz çatmadığına görə bunu ixtisara salırıq? Bunu Müdafiə Nazirliyi ölçüb-biçməli, ixtisara diqqət etməlidir. O cümlədən, Xarici İşlər Nazirliyi də bu sahəyə diqqət yetirməlidir", — Novruzov vurğulayıb. Millət vəkili deyib ki, dövlət aparatında kifayət qədər struktur islahatları aparılmalıdır: "Artıq strukturlar ləğv olunmalı, onlara verilən vəsait digər yerlərə sərf olunmalıdır. Oxşar strukturlar birləşdirilməlidir. Diqqət edək ki, az vəsaitlə daha çox işlər görə bilək".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.