Hafiz Hacıyev Hüseynbala Mirələmovu “yıxdı-sürüdü”
11-12-2016, 20:29
Bu millətin heysiyyəti ilə az oynasınlar
Bunu Politika.Az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deputat Hüseynbala Mirələmovun verdiyi açıqlamaya münasibət bildirərkən deyib.
Qeyd edək ki, deputat xalqı az yeməyə, pəhriz saxlayıb çəki atmağa çağırıb: “Azdır az yesinlər, çoxdur çox yesinlər”. H.Hacıyev deyir ki, H.Mirələmov birinci özü pəhriz saxlasın, dərman-dava istifadə edib arıqlasın: “İkincisi isə bu xalq onsuz da acdır, nə yeyir ki, deyirlər az yesin? Hüseynbala Mirələmov başdan-ayağa cinayətin içindədir. Yadınızdadır dənizin kənarında oteldə neçə adam öldürüldü? Qarnı yekə, pamperslə gəzən adamlar millətin qədrini nə biləcəklər? Hüseynbala Mirələmov kimiləri harınlamış, bu xalqdan xəbəri olmayan, eyş-işrət içində yaşayan insanlardır. Onun Bakıda neçə-neçə şadlıq evləri var. Adam öldü, dedilər onun oğlu edib, amma o yenə yerindədir. Getsin öz dərdini çəksin. Bu millətin heysiyyəti ilə az oynasınlar, xalqı İlham Əliyevin üstünə az qaldırsınlar, nə veriblər bu millətə ala bilmirlər? Bu cür insanları gərək ifşa edək”.
H.Hacıyev onu da qeyd edib ki, Hüseynbala Mirələmov və onun kimi xalqa etinasız deputatları himayə edən məmurlar var. Partiya sədrinin sözlərinə görə, belələrinin hökmranlığı bitmək üzrədir.