Azərbaycan Qarabağı boşqabda geri alacaq Pol Qobl

16-06-2015, 21:00           
Azərbaycan Qarabağı boşqabda geri alacaq Pol Qobl
“Bakı Moskvanın satelliti olsa, Dağlıq Qarabağı “boşqab”da geri alacaq...”

“Təəssüf ki, çoxlu tərəflər, insanlar Qarabağ münaqişəsi zonasında gərginlikdən qazanır, münaqişənin həlli üçün hərəkət edənlər isə olduqca azdır”. Musavat.com-un məlumatına görə, bu sözləri nüfuzlu amerikalı politoloq, ABŞ Dövlət Departamentinin sabiq müşaviri, hazırda isə Dünya Siyasəti İnstitutunun professoru Pol Qobl erməni nəşrinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Rusiya və İranla yanaşı, gərginliyin qalmasında İrəvan və Bakda maraqlı olan qüvvələr də mövcuddur: “Çünki münaqişə zonasındakı gərginlik erməniləri və azərbaycanlıları hakimiyyətləri daxili problemlərin həllinə məcbur eləməkdən yayındırır. Yəni hazırkı durumun səbəbləri sırasında həm daxili, həm də xarici amillər var. Mən inanıram ki, Azərbaycan Ermənistan nizamlamaya nail ola bilər - əgər xaric qüvvələr, Moskva buna əngəl olmasa”.

Ekspert etiraf edir ki, Moskva ilə Qərb arasında böyük gərginlik yaşanır, ancaq onun fikrincə, bu gərginlik Bakı-Qərb münasibətlərində də müşahidə olunmaqdadır: “Hərçənd o da var ki, Qərb situasiyanı məqsədli şəkildə kəskinləşdirən addımlar atmayıb”.

Qobla görə, bütün bunlar Qarabağ probleminin dinc həll prosesinə “dramatik təsir” göstərə bilər: “Yalnız bir istisna ilə: əgər Bakı Moskvanın satelliti olmaq istəsə, o zaman Moskva Qarabağı “boşqab”da Azərbaycana geri verəcək”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.