Kandadan ABŞ-a adekvat cavab - ABŞ mallarına 25 faiz rüsum

13-03-2025, 10:38           
Kandadan ABŞ-a adekvat cavab - ABŞ mallarına 25 faiz rüsum
Kanada martın 13-dən etibarən təxminən 20 milyard dollarlıq ABŞ idxalına 25 faiz rüsum tətbiq edəcəyini açıqlayıb.

Bu haqda Kanadanın maliyyə naziri Dominik Leblank açıqlama verib.

“Bu gün mən elan edirəm ki, Kanada hökuməti dollara-dollara yanaşmasından sonra sabah, 13 mart 2025-ci il gecə yarısından etibarən ABŞ-dən əlavə 29,8 milyard Kanada dolları idxalına 25% cavab tarifləri tətbiq edəcək”, - o qeyd edib.

Onun sözlərinə görə, rüsumlar polad və alüminium məhsullarına, eləcə də digər idxala təsir edəcək.

Leblank həmçinin əlavə edib ki, Kanada və ABŞ nümayəndə heyətləri martın 13-ü cümə axşamı günü görüş keçirməli olacaq və orada ticarət mübahisələrinin həlli müzakirə olunacaq.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ötən gün Kanada məhsullarına yeni tariflər tətbiq ediləcəyini açıqlamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru