Bloomberg: Rusiya müəyyən şərtlərlə atəşkəsə razı olacaq

Bu gün, 11:44           
Bloomberg: Rusiya müəyyən şərtlərlə atəşkəsə razı olacaq
Rusiya, Ukrayna ilə 30 günlük atəşkəs təşəbbüsünü qəbul etməyə hazır ola bilər, lakin prezident Vladimir Putin Moskvanın şərtlərinin razılaşmaya daxil ediləcəyindən əmin olmaq istəyir.
Bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən xəbər verir.

Məlumata görə, Rusiya lideri mümkün atəşkəs şərtlərini qəbul etməyə meyilli olsa da, Moskvanın tələblərinin əvvəlcədən razılaşmaya daxil edilməsini təmin etmək niyyətindədir.

Agentliyin mənbələri bildirir ki, Putin döyüşlərin dayandırılması ilə bağlı danışıqları uzatmağa çalışaraq, Rusiya üçün daha əlverişli şərtlər əldə etməyə çalışacaq.

Eyni zamanda qeyd olunur ki, Rusiya rəsmiləri bu məsələ ilə bağlı amerikalı həmkarları ilə konkret bir razılaşma müzakirə etməyiblər.

Qeyd edək ki, martın 11-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna və ABŞ nümayəndə heyətləri arasında görüş keçirilib. Danışıqlardan sonra Kiyev Vaşinqtonun atəşkəs təklifini qəbul etməyə hazır olduğunu bildirib. ABŞ isə bu məlumatı Rusiya rəhbərliyinə çatdıracağını bəyan edib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə jurnalistlərə açıqlamasında Moskvanın ABŞ-nin atəşkəs təklifilə bağlı tələsmək istəmədiyini qeyd edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.