Putin hərbi forma geyinərək Kurska getdi - VİDEO

13-03-2025, 11:24           
Putin hərbi forma geyinərək Kurska getdi - VİDEO
Rusiya Prezidenti Vladimir Putin, Kursk vilayətində yerləşən hərbi qrupun idarəetmə məntəqəsinə hərbi geyimdə baş çəkib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Putin Kurskda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun məruzəsini dinləyib.

Bu, Putinin Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə hücum etməsindən sonra vilayətə ilk səfəri olub.

Putin Kursk bölgəsindəki Rusiya hərbi qüvvələrinin əsas vəzifəsinin ərazini Ukrayna Silahlı Qüvvələrinin nəzarətindən tam azad etmək olduğunu bildirib.

“Sizin əsas tapşırığınız – mümkün olan ən qısa müddətdə Kursk vilayətində mövqelənmiş və hələ də döyüş aparan düşməni tam məğlub etmək və bölgəni tam azad etməkdir”, – deyə Putin iclas zamanı vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru