“Lavrov Azərbaycanla bağlı mövqeyimizi açıqladı, başqa deyəcəyimiz yoxdur” – Zaxarova

20-01-2017, 14:06           
“Lavrov Azərbaycanla bağlı mövqeyimizi açıqladı, başqa deyəcəyimiz yoxdur” – Zaxarova
Rusiya xarici işlər nazirliyinin mətbuat katibi ölkəsinin Azərbaycan və Ermənistana dair siyasəti ilə bağlı suala cavab verməkdən imtina edib.

Azərbaycan 24 xəbər verir ki, Mariya Zaxarova Lavrovun iki gün öncə bu barədə ölkəsinin mövqeyini bəyan etdiyi və əlavə ediləcək bir şey olmadığını söyləyib: “Sergey Lavrov iki gün qabaq mövqeyimizi ətraflı şəkildə açıqladı. Səmimi desəm, əlavə ediləcək bir fikrim yoxdur və buna lüzum da görmürəm.”

Qeyd edək ki, Sergey Lavrovun həmin açıqlamaları Azərbaycanda narazılıqla qarşılanmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru