Ermənilər Fomenkovu buna görə öldürmək istəyir – Mətn

2-02-2017, 20:52           
Ermənilər Fomenkovu buna görə öldürmək istəyir – Mətn
Rusiyanın tanınmış şairi və ictimai-siyasi xadim, azərbaycanlıların haqq savaşına təmənnasız olaraq daim dəstək verən Aleksandr Fomenkovun “Rus pioneri” saytında yayımlanan bu yazısı erməniləri ciddi şəkildə narahat edib.

Bu barədə Axar.az-a danışan A.Fomenkov ermənilərin hətta onu öldürmək istədiyini, əvəzində isə Azərbaycan xalqından, o cümlədən Rusiya hüquq-mühafizə orqanlarından heç bir dəstək görmədiyini bildirir. O, ötən gün statusunda Azərbaycan xalqından küsdüyünü də dilə gətirmişdi.

Fomenkov bu məqaləsində azərbaycanlıların deportasiyasını, ermənilərin tarixi Azərbaycan torpaqlarında məskunlaşmasını yazıb və özünün dediyi kimi, yalnız Böyük Vətən müharibəsi illərindən sonrakı dövləri qələmə alıb, ondan əvvəlki deportasiyalara toxunmayıb.

Taqanroqu azərbaycanlıların azad etdiyini, Leninqradın mühasirəsində Vladimir Putinin anasını azərbaycanlıların qoruduğunu vurğulayan Aleksandr Fomenkov taqanroqluları da, Putini də bu məsələdə susduqlarına, azərbaycanlılara dəstək olmadıqlarına görə qınayır.

28.12.2016-cı ildə dərc edilən və Aleksandr Fomenkovu ermənilərin hədəfinə çevirən yazını təqdim edirik:

On beş ildən çoxdur ki, bu qəzetlərin surətlərini saxlayıram. Mən onları Taqanroq və Bakı arxivlərindən axtarıb tapmışam.

26 nömrəli məktəbdə yerləşən 416-cı Taqanroq Azərbaycan atıcı diviziyasının muzey kollektivi bizim xilaskarlarımızın əziz xatirəsini xatırlatmaqla yanaşı, həm də bizim şərəfimizi qoruyur.

Birdən, heç özüm də gözləmədən, mən sosial-ictimai statusumu dəyişdim.

Bu məsələdən hali olan adamlar mənə dedilər ki, hazırda hansısa rəsmi şəxsə və ya təşkilata müraciət edəndə, yazdığın istənilən müraciətin altına imza atdıqda ad-soyaddan başqa həm də bu imzanı qoymalısan: ”Böyük Qələbənin Qəhrəmanları” Birinci Ümumrusiya ədəbiyyat konkursunun ikiqat laureatı.

Mükafatlarımdan birini “Ştrafbatçı əsgər” şeirimə görə almışam. Mən şeiri deyərdim, o, çox qısadır, amma söhbətimiz uzun çəkəcək.

İkinci diplomu isə “Qara geyinmiş qadın” hekayəsinə görə aldım. O, azərbaycanlılar haqqındadır. Məhz elə bu haqda da danışacağıq.

Amma əvvəlcə müharibə dövründə nəşr olunmuş yazılarla tanış olaq (Azərbaycanlıların qəhrəmanlığından bəhs edən linklərə keçid verilir).

Aydındır ki, o dövrdə yazılmış bütün yazılar kimi, bu yazıların da hamısı Lenin-Stalin partiyasının ciddi nəzarəti altında qələmə alınıb.

Lakin Böyük Vətən müharibəsi bitdikdən sonra Azərbaycan xalqına və onun qəhrəman övladlarını tərifləyib onların şərəfinə xoş sözlər deyən Sovet rəhbərliyi qəflətən o qənaətə gəldi ki, Türkiyə ilə yarana biləcək hərbi münaqişələrdə azərbaycanlılar “beşinci kolona” çevrilə bilərlər. Elə bu səbəbdən Ermənistan SSR-də yaşayan Azərbaycan əhalisini deportasiya etmək qərarı verildi. Və bu, SSRİ Nazirlər Komitəsinin 23 dekabr 1947-ci il 4083 saylı qərarına əsasən, 1947-1950-ci illərdə həyata keçirildi.

Bu qərarın maddələrindən birində deyilir: Ermənistan SSR Nazirlər Komitəsinə Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülən azərbaycanlıların boşaldılmış tikili və yaşayış evlərinə xaricdən Ermənistan SSR-ə yaşamağa gəlmiş erməniləri yerləşdirməyə izin verilsin!

Köç prosesinin icra detalları SSRİ Nazirlər Kabinetinin 754 saylı qərarında öz əksini tapmışdı. Köçkünlərə onların kolxozdakı ümumi paylarından daşınan əmlakın müəyyən hissəsini götürməyə izn verilmiş və yeni yaşayış yerlərinə daşınması pulsuz təmin edilmişdi.

Ermənistan ərazisində qalmış daşınan əmlakın dəyəri Azərbaycana yeni yerləşdirilmiş ərazilərdəki kolxozlara ödənildi. Köçkünlərə bəzi imtiyazlar verilmişdi. Həmçinin ailə başçısına 1000 rubl və hər ailə üzvünə 300 rubl nəzərdə tutmaqla, birdəfəlik təzminat ödənilmişdi.

Ermənistan SSR-in Nazirlər Komitəsi öhdəlik götürmüşdü ki, Ermənistanda qalmış daşınmaz əmlakın satılmasında onlara köməklik göstərsin. Tarixçi Vladislav Zubkanın fikrincə, “Türkiyə ərazisindən torpaq almaq ümidi” puça çıxmış Ermənistan SSR KP MK-nın birinci katibi Qriqori Arutyunovun təklifi boşa çıxdığından Stalin Ermənistan ərazisindən azərbaycanlıları deportasiya etmək qərarına gəldi.

Eyni vaxtda Stalin xaricdə yaşayan 90 min erməninin azərbaycanlıların boşaltdığı əraziyə yerləşdirilməsinə izn verdi.

Köşürülmə könüllü xarakter daşımırdı. Bu, sözün əsl mənasında zor tətbiq etməklə deportasiya idi. Azərbaycanlılar əsrlər boyu yaşadıqları doğma ocaqlarından qovulmuşdular.

Əvvəlcədən nəzərdə tutulduğu kimi, sürgün edilən azərbaycanlıların yerini gəlmə ermənilər tutdular. Yeni ərazilərdə yerləşən kimi də azərbaycanlılara məxsus məscid və qəbirləri dağıdaraq vandalizm nümayiş etdirdilər.

Kür-Araz ovalığına zor tətbiqi ilə deportasiya nəticəsində 3 mərhələ ilə yüz mindən yuxarı azərbaycanlı köçürüldü. 1948-ci ildə 10 min, 1949-cu ildə 40 min, 1950-ci ildə isə 50 min adam deportasiya olundu.

Azərbaycanlılardan başqa Ermənistanda aşağıdakı millətlərin nümayəndələri də yaşayırdı: ruslar, kürdlər, ukraynalılar, yunanlar və başqa milli azlıqlar.

Artıq 1979-cu ilə azərbaycanlılar Ermənistan əhalisinin 5,3 faizini təşkil edirdi. Bu, təqribən 161 min adam deməkdir. Bu, terror və silahlı güc tətbiq etməklə Azərbaycanın 20 faiz torpağını zəbt etmiş ermənilərin yaşadığı Qarabağ ermənilərindən çox idi.

Biz hələ 1948-1950-ci illərdə qovulmuş azərbaycanlılardan danışmırıq. (Fikir verdinizsə, Taqanroqun 1943-cü il 30 avqust tarixində azad olunmasından əvvəllərə toxunmuram).

BBC və Tom de Vaala görə, 1987-ci ilin noyabrında Ermənistan SSR Qafan rayonundan azərbaycanlılar qovulmuşdu. Lakin SSRİ DTK zabitlərinin məlumatlarına görə, Qafandan azərbaycanlıların ilk kütləvi qovulması 1987-ci il fevralın 22-də Əskəranda baş vermiş silahlı toqquşmadan sonra başlayıb.

Yeri gəlmişkən onu da qeyd edək ki, 1988-ci ilin 27-28 fevral tarixlərində Sumqayıtda baş vermiş hadisələrdə əsas iştirakçılardan bir çoxu erməni millətinin nümayəndələri idi. Hadisə iştirakçılarının 80 nəfərə qədəri müxtəlif müddətli həbs cəzasına məhkum olunmuş, biri isə ölümə məhkum olunmuşdu.

Ermənistanda heç olmasa bir qatil və yaxud cinayətkar məsuliyyətə cəlb olundumu???

SSRİ NK 7 aprel 1990-cı il tarixli 329 saylı qərarında qeyd edir ki, Azərbaycan və Ermənistan SSRİ dövlət idarəetmə orqanları vəziyyətin stabilləşdirmək, milli münasibətlərin sabitləşməsi üçün tədbirlər görmədiyindən, vətəndaşların konstitusiyada nəzərdə tutulmuş hüquqlarını layiqincə təmin edə bilmədiyindən, hər iki respublikanın bir çox sakinləri daimi yaşayış yerlərindən köçməyə məcbur olub.

Nəticəsə Ermənistan SSR-də 230 min, Azərbaycanda isə 200 mindən yuxarı insanlar var ki, onların daimi yaşayış yeri yoxdur. Onların bir çoxu digər Sovet respublikalarına, əsasən Rusiya Federasiyasına Moskvaya köçüb gedib.

Azərbaycanın verdiyi məlumata görə, 1987-1989-cu illərdə Ermənistan SSR-də baş vermiş güc tətbiqi və dağıdıcı fəaliyyət nəticəsində sözügedən ərazidə 216 azərbaycanlı həlak olub.

SSRİ DTK-nın zabitinin sözlərinə görə, Quqark erməni kəndində “azərbaycanlıları öldürür, onları qarət edirdilər”. Azərbaycanlıların məlumatına görə, ümumilikdə 40.897 azərbaycanlı ailəsi (!) deportasiya olunub. Onlardan 218-i köç zamanı ölüb, 45-i Kiçik Qafqaz dağlarında donaraq həlak olub, 45-i Ermənistanın dağlıq rayonlarında itkin düşüb, 34-ü xüsusi amansızlıqla qətlə yetirilib, 6-sı isə erməni xəstəxanalarında erməni həkimlər tərəfindən qətlə yetirilib.

General Arutyunyanın (1992-ci il) sözlərinə görə, Ermənistan SSR DTK-sı 1988-89-cu illərdə Ermənistanda 25 azərbaycanlının milli zəmində öldürüldüyünü müəyyənləşdirib. Onlardan 20-si Ermənistanın şimal rayonlarında, o cümlədən 11-i Quqark rayonunda öldürülüb.

(Maraqlıdır. 1990-cı ilin yanvarında Bakıdakı hadisələrlə bağlı bircə erməninin də öldürüldüyü barədə məlumat yoxdur. Qorxudulan erməni var, amma öldürülən yoxdur).

Britaniyalı jurnalist Tom de Vaal azərbaycanlıların Ermənistan əraizindən qovulmasını aşağıdakı şəkildə təsvir edir:

Ermənilər 1988-ci ilin payızında Ermənistanda yaşayan azərbaycanlıları öz evlərindən qovdular. Belə bir səhv fikir formalaşıb ki, guya bu konfliktdə Ermənistanda yaşayan Azərbaycan əhalisi ziyan görməyib.

Bəziləri sakitcə öz evlərindən köçüb gedə bildilər və İrəvan şəhərində milli zəmində heç bir döyüş, qarşıdurma olmayıb. Lakin onu qeyd etmək lazımdır ki, İrəvanda yaşayan azərbaycanlıların sayı çox az idi. Mühafizə orqanları təhlükəsizliyi təmin etmək üçün kifayət qədər qüvvəyə malik idilər. Lakin rayonlarda güc tətbiqi ilə müşahidə olunan hadisələr, demək olar ki, bütün respublikanı əhatə etmişdi. Erməni dəstələri Azərbaycan kəndlərinə hücum edir və nəticədə onların bir çoxu ya döyülür, ya öldürülürdü. İlin sonuna Ermənistanda onlarla tərk edilmiş kəndlər vardı ki, bu ərazilərdən 200 mindən yuxarı azərbaycanlı və kürdlər qovulmuşdu.

Azərbaycanlıların deportasiyasının xronologiyası

1947-ci il SSRİ Nazirlər Sovetinin Ermənistan SSR-dən Azərbaycan SSR-ə azərbaycanlıların köçürülməsi haqqında qərar;

1947-1950-ci il Ermənistan SSR-dən azərbaycanlıların köçürülməsi;

1987-ci ilin noyabrında azərbaycanlıların Ermənistanın Qafan ərazisində hücuma məruz qalması;

25 yanvar 1988-ci ildə azərbaycanlıların Ermənistanın Qafan rayonundan çıxarılması;

1988-ci il fevralın 21-də İrəvanda kütləvi nümayişlər başlayır;

1988-ci ilin noyabrı azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası…

Sonda qeyd etmək istəyirəm ki, Azərbaycan ərazisinin üçdə bir hissəsi işğal altındadır. Milyondan yuxarı qaçqın və köçkünlər var. Mən hələ rus şahlarının və bolşeviklərin ermənilərə bağışladığı tarixi Azərbaycan ərazilərindən qovulmuşları saymıram. Sizsə, Toqonroq əhalisi, özünüzü necə hiss edirsiniz?

Ata və babalarınızın Azrbaycan xalqına yaşatdığı faciələri yadınıza salın!

Bəs siz, mənim prezidentim? Özünüzü necə hiss edirsiz, Vladimir Vladimiroviç?

Yuxarıda göstərilən məktubda şimal paytaxtı blokadası zamanı Leninqrad hospitalında yazılan bu məktubun tarixi sizin doğum tarixinizdən yeddi il öncəyə təsadüf edir. Ananız Leninqrad blokadasında olanda onu azərbaycanlı əsgərlər qoruyurdu. Bunu necə başa düşək, yoldaş Ali Baş Komandan? Rusiya ordusunu və hərbi donanmasını suriyalıları qorumaq üçün göndərirsiniz, amma azərbaycanlılara yardım etmirsiniz. Yoxsa Stalin və Qorbaçovun addımlarını dəstəkləyirsiz?

Xalqsa susur...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.