Tərtərin icra başçısı rayonda “kortejlə” gəzməsi xəbərindən danışdı — SƏRT AÇIQLAMA

6-02-2017, 13:52           
Tərtərin icra başçısı rayonda “kortejlə” gəzməsi xəbərindən danışdı — SƏRT AÇIQLAMA
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonda Dövlət Yol Polisi (DYP) avtomobillərinin müşayiəti ilə “kortej” və mühafizəçilərlə gəzməsi barədə yayılan məlumatlara münasibət bildirib.

M.Məmmədov “ölkə.az”-a açıqlamasında deyib ki, yayılan məlumatlar tamamilə yalandır: “Yalandan ağıllarına gələni yazırlar, hamısı ağ yalandır. Rayonda hər kəs yaxşı bilir ki, mən insanların içərisində olan icra başçısıyam. Ümumiyyətlə, daxili işlər naziri Ramil Usubov icra başçılarını görə Dövlət Yol Polisi əməkdaşlarına elə səlahiyyət verər ki, polis icra başçılarının avtomobillərini müşayiət etsin, yolları bağlasın? Təbii ki, yox! Mən bütün günü piyada camaatın içərisində oluram. Mən gün ərzində heç öz xidməti avtomobilimə 1 saat oturmuram, bütün günü piyada gəzirəm, insanlarla görüşürəm. Ona görə də bu cür xəbərləri yazanlar pul istəyən “reket” saytlardır. Ağızları ətə çatmayanda, deyirlər ki, pisdir”.

Xatırladaq ki, bir sıra saytlarda Tərtərin icra başçısı Müstəqim Məmmədovun rayonda “kortejlə” gəzməsi barədə məlumatlar yayılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru