Avropa Məhkəməsi Azərbaycana qarşı işdə Ofeliya İsayevanı haqlı saydı

26-06-2015, 11:05           
Avropa Məhkəməsi Azərbaycana qarşı işdə Ofeliya İsayevanı haqlı saydı
Avropa İnsan Haqları Məhkəməsi Azərbaycan vətəndaşı Ofeliya İsayevanın Azərbaycan dövlətinə qarşı iddiasını təmin edib.

Azadliq.info xatırladır ki, 1957-ci il təvəllüdlü qadın dələduzluq və narkotik maddələrin saxlanmasında təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilmişdi.
O.İsayeva bu hökmə etiraz olaraq yuxarı instansiya məhkəməsinə müraciət etmiş, amma bu proses davam edən vaxt həbsxanada vəfat etmişdi.
Onun adından Avropa Məhkəməsinə bacısı müraciət edib.
Avropa Məhkəməsi Ofeliya İsayevanın haqlarının pozulduğunu təsdiqləyərək, 13 min avro məbləğində təzminat müəyyən edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru