"Avropa ölkələri prezidentlәrindәn heç biri Bakıya gəlməyəcək"
26-06-2015, 15:09
"Avropa ölkələri prezidentlәrindәn heç biri I Avropa Oyunlarının bağlanış mәrasimindә iştirakını tәsdiq etmәyib".
APA-nın mәlumatına görә, bunu Azərbaycanın gәnclәr vә idman naziri Azad Rәhimov deyib. O, bәzi ölkәlәrin baş nazir vә ya parlament sәdrlərinin tədbirə qatılacağı barədə məlumat aldığını bildirib: "Bu mәsәlə ilә ölkә başçısının protokol xidmәti mәşğul olur". Nazir I Avropa Oyunlarından sonra bәzi idman federasiyalarının dünya çempionatlarını Bakıda keçirmәklә bağlı tәkliflәr verdiyini deyib: "Onlar bizim idman qurğularımızı gördükdәn sonra belә tәkliflәrlә çıxış ediblәr. Bura BMX velosiped, üzgüçülük, 3x3 basketbol daxildir. Tәhlil edib, son sözümüzü demәliyik. Tәhlil edәcәyik ki, bu nә dәrәcәdә vacibdir vә bizdәn nә tәlәb olunur. Bәzi tәlәblәri yüksәkdir, ola bilәr ki, razılaşmarıq. Bәziәrinin tәlәblәri isә çox әlverişlidir".