Rusiyanı qəzəbləndirəcək müraciət: Xarkovdan Lissabona...

7-04-2017, 09:07           

Bu gün Ukrayna Prezidenti Pyotr Poroşenko Avropa Birliyi ilə Ukrayna arasında əldə edilən vizasız rejimlə bağlı vətəndaşlara müraciət edib.

Axar.az xəbər verir ki, Proşeko vizasız rejimin vətəndaşlar üçün çox böyük praktik məna kəsb etdiyini bildirib.

"Demək olar ki, üç milyon ukraynalı artıq vizasız səfərlər üçün lazımi pasportları aldı. Təkcə ötən il 15 milyon ukraynalı Avropa Birliyi ölkələrinə səfər edib. Bütün hakimiyyət öz üzərində işləməyə məcburdur ki, Avropaya səfər edən həmvətənlərinin sayı ildən-ilə artsın. Ukrayna Xarkovdan Lissabona qədər Avropanın bir parçasıdır. Bizlər ümumi dəyərləri paylaşırıq", - Poroşenko qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru