Tillerson: “Rusiya Suriyada kimyəvi silahların məhv edilməsinə dair razılaşmanı icra etməyib”

7-04-2017, 09:14           

ABŞ dövlət katibi Reks Tillerson Rusiyanı Suriyanın kimyəvi silah arsenalının məhv etdirilməsinə dair 2013-cü il tarixli razılaşmanı icra etməməkdə günahlandırıb.

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, Tillerson, Rusiyanın sazişin icrası zamanı çox şeyə göz yumduğunu, və ya səlahiyyətsizliyə yol verdiyini qeyd edib. Onun sözlərinə görə, ABŞ hesab edir ki, Suriya rəhbərliyi ötən müddət ərzində iflic yaradan “zarin” qazından istifadə etməkdə davam edib.

Tillerson Suriyaya endirilən raket zərbəsinin “proporsional” olduğunu bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru