İrəvan kompromisə getməyəcək, çünki Moskva...

7-04-2017, 09:44           

Rusiya Ermənistandakı seçkiləri idarə etməklə birbaşa Qarabağ klanına dəstək verdi. Hərbi xuntanın Dağlıq Qarabağla sıx bağlılığına görə hazırda belə bir vəziyyət Kremli qane edir.

Bu sözləri Axar.az-a açıqlamasında keçmiş diplomat, politoloq Fikrət Sadıqov deyib. O bildirib ki, Moskva siyasi məsələlərdə İrəvandan əlaltısı kimi tam mənada istifadə edir:

“Ermənistanda əsas siyasi fiqurlar birbaşa Rusiyaya tabedir. Sərkisyanın seçkidən öncə Moskva səfəri Rusiyanın Ermənistana əsas siyasi, hərbi, maliyyə və mənəvi dəstəyi demək idi. Moskva İrəvana verdiyi sözü tutdu. Ermənistan indi reformalar ərəfəsindədir, islahatlar adı ilə keçirilən oyunların nəticəsində Sərkisyan 2018-ci ildən sonra baş nazir olacaq. Mənə elə gəlir ki, hələ rəsmi nəticələr elan olunmayıb. Düzdür, elə də böyük dəyişikliklər baş verməyəcək. Ancaq parlamentə daxil olmayan digər siyasi bloklar da kifayət qədər güclüdür. Üstəlik, Levon Ter-Petrosyanın siyasi partiyası hələ öz sözünü deməyib. Verilən bəyanatlardan belə görünür ki, Petrosyan siyasi mübarizəni davam etdirəcək. Yəni çox şey hələ qabaqdadır. Düşünmürəm ki, Sərkisyanı stabil bir gələcək gözləyir. O, bundan sonra da Dağlıq Qarabağ məsələsində kompromisə getməyəcək. Ermənistan prezidenti Azərbaycan tərəfindən güclü zərbələrlə üzləşəndən sonra bəlkə sağlam addım ata bilər. Bu da yaxın gələcəyin işidir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.