Rus hərbçiləri Bakı-Supsa kəmərinin bir hissəsini ələ keçirdilər

13-07-2015, 00:03           
Rus hərbçiləri Bakı-Supsa kəmərinin bir hissəsini ələ keçirdilər
Gürcüstanın Tsxinvsli (Cənubi Osetiya) bölgəsində “sürünən işğal” davam edir. Musavat.com gürcü qaynaqlarına istinadən xəbər verir ki, rus hərbçiləri işğal xəttini daha 1 kilometr qabağa çəkərək bilavasitı BP-nin boru xəttinə yaxınlaşdırıblar. İndi işğal xətti artıq strateji Bakı-Supsa kəmərinin cəmi 50 metrliyindən keçir.

Qeyd edək ki, Cənubi Osetiyadakı Rusiya qüvvələri işğal xəttində qoyulmuş banerin 100 metrlik radiusunu “neytral zona” elan ediblər. Bu, o deməkdir ki, strateji kəmərin bir hissəsi artıq işğal edilib.

Xurvateli kəndinin sakinləri üçün daha 10 hektar ərazinin işğalı gözlənilməz olub, belə ki, onlar dünənək burada əkinlə məşğul olublar. Bu hün də onlar orada işləyirlər. İşğalçılar kəndlilərə məhsul yığımına kimi işləməyə icazə veriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru