Azərbaycan və Rusiya liderlərinin münasibətinin səviyyəsi iki ölkə arasında əlaqələrin səmərəliliyini müəyyən edir - rusiyalı ekspert

23-07-2017, 11:45           

Azərbaycan və Rusiya liderlərin münasibətin səviyyəsi iki ölkə arasında əlaqələrin səmərəliliyini müəyyən edir. Bunu Trend-ə “Novaya Rossiya” hərəkatının lideri, politoloq, ictimai xadim Nikita İsayev Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putinin iyunun 21-də Soçidə baş tutan görüşünü şərh edərkən deyib.

Onun sözlərinə görə, iki ölkə başçısının şəxsi münasibəti onlara ikitərəfli əlaqələri, həmçinin Dağlıq Darabağ münaqişəsinin həllini səmərəli müzakirə etməyə imkan verir.

Ekspert bildirib ki, Rusiya münaqişənin əvvəlindən danışıqlar prosesində əsas vasitəçi olub.

Nikita İsayev qeyd edib ki, Rusiya bu gün bu əsas vasitəçi təşəbbüsünü itirir, çünki 25 ildən artıqdır ki, münaqişənin deeskalasiyasını təmin etmək mümkün olmayıb.

Fransa və ABŞ liderləri yaxın zamanda münaqişənin həlli üzrə fəal fazaya keçəcəklər və çox guman ki, bu Rusiyanın mövqeyinə qarşı olacaq, deyə ekspert bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru