Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum etdilər
26-07-2017, 18:57
Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum ediblər.
Virtualaz.org bildirir ki, bu barədə “Vesti” nəşri yazıb. O isə öz növbəsində Radikal partiyasının deputatı İqor Mosiyçukanın Facebook-dakı qeydlərinə istinad edib.
"Mənə təsdiq edirlər: bu həqiqətdir — gürcülərin Yanukoviçi Mixo Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum ediblər və bu göstərir ki, prezident Pyotr Poroşenko, nəhayət, şəxsi səhvlərini başa düşməyə başlayıb", - deyə deputat statusunda vurğulayıb.
"Vesti"nin məlumatına görə, Saakaşvilinin vətəndaşlıqdan məhrum edilməsi haqda informasiyanı ilk dəfə Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş mətbuat katibi və daxili işlər naziri Arsen Avakovun sabiq məsləhətçisi Stanislav Reçinski yayıb.