Polşa XİN Rusiyaya etiraz notası verib

30-08-2017, 09:39           
Polşa XİN Rusiyaya etiraz notası verib
Polşa xarici işlər nazirliyi (XİN) başçısının müavini Bartoş Tsixotsiki Rusiyanın bu ölkədəki səfiri Sergey Andreyevə diplomatik nota təqdim edib və 2010-cu ildə Smolenskdə faciənin baş verdiyi əraziyə girişin mürəkkəbləşdirilməsindən narahatlığını ifadə edib. Bu barədə Polşa KİV-i xəbər verib.

Varşava həm də faciə ilə bağlı dövlətlərin qarşılıqlı öhdəliklərini xatırladaraq, Smolenskdə abidənin ucaldılması məsələsini qaldırıb. Nazir müavini qeyd edib ki, hazırda mübahisəli sualların toplandığı bir vaxtda ölkələr arasında müxtəlif səviyyələrdə dialoq olduqca vacibdir.

Xatırladaq ki, 10 aprel 2010-cu il tarixində Polşa nümayəndə heyətinin Katına uçan təyyarəsi Smolensk ətrafında qəzaya uğrayıb. Nəticədə, təyyarənin göyərtəsində olan 96 nəfər həlak olub. Polşanın Prezidenti və arvadı da onların arasında olub.
AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru