Nazirlər Kabinetində ixtisarlar - 8 şöbə müdiri işdən çıxarıldı

30-08-2017, 12:42           
Nazirlər Kabinetində ixtisarlar - 8 şöbə müdiri işdən çıxarıldı
Nazirlər Kabinetinin aparatında struktur dəyişikliyi edilib. Dəyişiklik nəticəsində 8 şöbə müdiri işdən çıxarılıb. Bundan əlavə, digər bölmələrdə də ixtisarlar olunub.

Dia.az xəbər verir ki, "qafqazinfo” məsələ ilə bağlı Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri Akif Əli ilə əlaqə saxlayıb.

O, dəqiq rəqəm açıqlamasa da bildirib ki, dəyişikliklər prezident İlham Əliyevin 23 avqustda verdiyi fərman əsasında aparılır: "Fərmanda qeyd olunur ki, aparatın yeni ştat cədvəli 1 ay müddətinə tərtib olunmalıdır. Ştat sayı isə 200 nəfər olmalıdır. Ona görə də cənab prezidentin fərmanının icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin strukturunda yeniləşmələr gedir. Proses hələ ki, gedir, ancaq başa çatmayıb. Buna uyğun olaraq da işdən çıxarılanlar mütləq olacaq. Həmçinin şöbələrin adları da dəyişdirilir, bir qismi birləşdirilir. Yalnız Mətbuat Xidməti şöbəsinin adında dəyişiklik edilməyib. Çünki cənab prezident mətbuatın dostudur”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru