Bakıda şagirdlərə erməni havası oynadan məktəb direktoru üzr istədi

15-09-2017, 19:50           

“Məktəbin təşkilatçı müəllimi “Bilik Günü” tədbiri üçün rəqs nümünəsi hazırlayıb və ona yardımçı olan sinif rəhbərlərindən biri rəqs üçün “Youtube”da Fikrət Əmirovun “Qarabağ inciləri” adı ilə verilmiş musiqidən istifadə edib”.
Bu sözləri açıqlamasında Masazır qəsəbəsi 3 saylı tam orta məktəbin Uşaq birliyinin rəhbəri Elnarə İsmayılova bildirib. Onun sözlərinə görə, musiqinin ermənilərin olduğunu bilməyib: “Çünki mahnının adı Fikrət Əmirovun “Qarabağ inciləri” kimi qeyd olunmuşdu. Mətbuatda gedən xəbərlərdən də məlumatlıyıq”. Birliyin rəhbəri əlavə edib ki, əgər musiqi, həqiqətən də, ermənilərindirsə, direktorumuz adından bütün Azərbaycan xalqından üzr istəyirik.
Qeyd edək ki, Masazırda yerləşən 3 saylı məktəbdə erməni bəstəkarı Ara Gevorqyana məxsus kompozisiya səsləndiriləndirilib. Fikrət Əmirovun oğlu Cəmil Əmirov mətbuata açıqlamasında bildirib ki, səsləndirilən kompozisiya erməni bəstəkarı Ara Gevorqyanın “Artsax” kompozisiyasıdır: “Atam Fikrət Əmirovun belə kompozisiyası yoxdur. Bu, uydurmadır. Bu barədə danışmaqdan yorulmuşam. Ermənilər Fikrət Əmirovun bu əsəri oğurladığını iddia etməklə atamı vururlar”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru