Jurnalistika fakültəsi Fəxri Xiyabanda - Foto

15-09-2017, 20:01           
Jurnalistika fakültəsi Fəxri Xiyabanda - Foto
Bu gün Bilik Günü münasibətilə Jurnalistika fakültəsinin professor-müəllim heyəti, tanınmış media nümayəndələri və fakültənin I kurs tələbələri Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyev və milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin məzarını ziyarət edib.

Axar.az xəbər verir ki, bu barədə fakültənin dekanı Vüqar Əliyev məlumat verib. Onun sözlərinə görə, ziyarətdə fakültə , o cümlədən “Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi” kafedrasının müdiri, professor Cahangir Məmmədli, Televiziya və radio jurnalistikası kafedrasının müdiri professor Allahverdi Məmmədli, Beynəlxalq Jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyev, professor Qulu Məhərrəmli və tələbələr də iştirak ediblər.

O cümlədən tədbirdə “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, Azərbaycan Mətbuat Şurası sədrinin müavini Umud Rəhimoğlu, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə də iştirak edib. Onlar da tələbələrə təhsil və yaradıcılıq sahəsində müvəffəqiyyət arzu ediblər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru