Azərbaycanın AŞ-dan çıxarılmasını istəyənlər təşkilatın nə qazanıb, nə itirəcəyini düşünməlidirlər - deputat

28-09-2017, 19:32           
Azərbaycanın AŞ-dan çıxarılmasını istəyənlər təşkilatın nə qazanıb, nə itirəcəyini düşünməlidirlər - deputat
Azərbaycanın Avropa Şurasından (AŞ) çıxarılmasını istəyənlər təşkilatın nə qazanıb, nə itirəcəyini də düşünməlidirlər.

Bunu Trend-ə Milli Məclisin deputatı Musa Qasımlı Turbyern Yaqlandın Azərbaycana qarşı Avropa İnsan Hüquqları Məhkəməsinin 46.4-cü maddəsinin tətbiq olunması istəyinə münasibət bildirərkən deyib.

Deputat hesab edir ki, beynəlxalq və regional təşkilatlarda çalışan bəzi şəxslər Azərbaycanla hökm, təzyiq dili ilə danışmamalıdırlar:

"Beynəlxalq və regional təşkilatlarda çalışan bəzi şəxslərin Azərbaycanla hökm, təzyiq dili ilə danışma haqları yoxdur. Azərbaycan ilə əməkdaşlıq etməkdə fayda var. Azərbaycanın Avropa Şurasından çıxarılmasını istəyənlər təşkilatın nə qazanıb, nə itirəcəyini də düşünməlidirlər. Ən azı Rusiya ilə olan münasibətlərin təcrübəsini xatırlamalıdırlar. Həm də Yaqland bütün Avropa Şurası demək deyil".

Qeyd edək ki, AŞ-nın Baş Katibi Turbyern Yaqland Azərbaycan məhkəməsinin qərarı ilə məhkum olunmuş, lakin Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarına rəğmən “siyasi məhbus” kimi qələmə verilən və azadlığa buraxılması tələb olunan REAL təşkilatının rəhbəri İlqar Məmmədovu azadlığa buraxmadığına görə Azərbaycana qarşı misli görünməmiş hüquqi hərəkət edilməsinə çağırıb. Sentyabrın 13-də Avropa Şurasına daxil olan ölkə səfirlərinin iclasında Yaqland Azərbaycana qarşı Avropa İnsan Hüquqları Məhkəməsinin 46.4-cü maddəsinin tətbiq olunmasını istəyib ki, bu son nəticədə ölkənin Avropa Şurasından çıxarılmasına səbəb ola bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru