Putinin Ərdoğan üçün Qarabağ şərtləri dəyişməyib

14-11-2017, 08:48           

Yalnız bundan sonra münaqişənin həlli sürətlənə bilər

Putinin Qarabağ münaqişəsinin həlliylə bağlı bəlli şərtləri qüvvədə qalır.

Putinin Ərdoğan üçün Qarabağ şərtləri dəyişməyib
İstiPress-in məlumatına görə, bu barədə politoloq Elxan Şahinoğlu öz “Facebook” səhifəsində bir neçə saat öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya gözlənən səfəri münasibəti ilə bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri başlayıb. Türkiyə prezidenti səfərə yol düşməmişdən əvvəl hava limanında keçirdiyi mətbuat konfransında deyib ki, Rusiya prezidenti Vladimir Putinlə görüşdə iki ölkə arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsini, viza rejiminin ləğvini və s-lə yanaşı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini də müzakirə edəcəklər.

Elxan Şahinoğlu isə bildirib ki, siyasi dividentlər əldə etmədən Qarabağ münaqişəsinin həllini sürətləndirməyəcək: "Putinin Qarabağ münaqişəsinin həlliylə bağlı bəlli şərtləri qüvvədə qalır. Bu tək onun formalaşdırdığı şərtlər deyil. Bu Rusya siyasi fikrinin Qarabağ münaqişəsinin həllinə “tarixi baxışıdır”. Yəni “Sən mənim dediklərimin tamamını yerinə yetir, yalnız bundan sonra Qarabağ münaqişəsinin həlini sürətləndirə bilərik”. Nə Gürcüstan, nə Moldova, nə də Ukrayna Rusiyanın eyni ağır şərtlərini yerinə yetirmədilər, vassallığı qəbul etmədilər. Ona görə də hər birində Rusiyanın dəstəklədiyi separatçı bölgələr var".

Dağlıq Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə həlli
Xatırladaq ki, Elxan Şahinoğlu daha öncə bildirmişdi ki, Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Təyyub Ərdoğanla görüşündə Dağlıq Qarabağ ətrafındakı 5 rayonun qeyd-şərtsiz azad olunması ilə bağlı Azərbaycan qarşısında 3 şərt qoyacaq: "Birinci şərt: Azərbaycan Avrasiya İqtisadi Birliyinin üzvü olmalıdır. İkinci şərt: Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmalıdır. Üçüncü şərt: Dağlıq Qarabağda Rusiyanın sülhməramlı qüvvələri yerləşdirilməlidir”.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.