Azərbaycanda ibadət yerləri sünni-şiə məscidlərinə ayrılır? - Dini Komitədən CAVAB

15-11-2017, 12:46           
Azərbaycanda ibadət yerləri sünni-şiə məscidlərinə ayrılır? - Dini Komitədən CAVAB
Azərbaycan məscidlərinin hamısı bütün müsəlmanların ibadəti üçündür. Onlar sünni və şiə məscidlərinə ayrılmır.
Bunu Modern.az-a Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Səyyad Aran bildirib.

S.Aran deyib ki, məscidlərin məzhəblərə görə ayrılması yolverilmzədir:
“Məscidlər “Allah evi” adlanır. Bizdə tarixən məscidlərin məzhəblərə ayrılması barədə rəsmi qərar olmayıb. Sadəcə insanlar şifahi şəkildə qəbul ediblər ki, filankəslər sünni olduğu üçün bu məscidə gedir, filankəslər şiə olduğu üçün digər məscidə gedir. Amma bunu hər kəs öz qəlbində bilib. Heç kim bunu etiraf etməyib, xüsusi olaraq da qabartmayıb”.

Komitə rəsmisi bildirib ki, ilk dəfə olaraq Azərbaycanda vəhdət namazı qılınıb:
“İlk dəfə olaraq Azərbaycandakı “Allah ev”lərində vəhdət namazı qılınır. Məscidlərin məzhəblərə görə ayrılmamasının əsas sübutu da məhz budur. Vəhdət namazı Şamaxı Cümə məscidinin açılışında qılınıb. Açılışda dövlət başçısı, eyni zamanda, müsəlman ölkələrinin səfirlikləri və bütün rayonların imamları, axundları iştirak edib. Bu ənənənin davamı olaraq, Heydər məscidində də bir dəfə sünni, bir dəfə şiə rəhbərinin başçılığı ilə vəhdət namazı qılınır. Bizim vəhdət namazı dünyada ilk hadisədir. Müsəlman dövlətlərinin heç birində sünni və şiə məzhəbinə mənsub olan insanlar bir yerdə namaz qılmırlar. Bu da bizim nə qədər tolerant ölkə olmağımızın göstəricisidir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru