Razılaşdılar! Neft qalxır

30-11-2017, 11:06           

OPEC və Rusiya hasilatın azaldılmasını 2018-ci ilin sonuna qədər uzatmağa hazırdır

Neft İxrac edən Ölkələr Birliyi (OPEC) və Rusiya, qlobal ehtiyatlarda azalmanın və qiymətlərdə son dövrdə görülən yüksəlişin davam etməsi üçün neft hasilatının azaldılması müqaviləsini gələn ilin sonuna qədər uzatmağa hazırdır.

teref.az yazır ki,"Marja" Bloomberg-ə istinadən xəbər verir ki, Cümə günü (30 Noyabr) Vyanada keçiriləcək toplantıya qatılan nümayəndələrə görə, bütün OPEC üzvləri və qrupa daxil olmayan ən böyük istehsalçı olan Rusiya, müqavilənin 2018-ci ilin sonuna qədər uzadılması zəruriliyi məsələsində razılaşıblar. Hazırkı müqavilənin müddəti 2018-ci ilin Mart ayının sonunda başa çatır.

İraqın neft naziri Jabbar al-Luaibi, "Uzatma müddəti doqquz ay olacaq" deyib.

OPEC və tərəfdaşlarının neft bazarına nəzarəti ABŞ-ın şist nefti istehsalçılarından geri almaq üçün əməkdaşlıq etməyə başladıqları vaxtdan bir il sonra, missiyanın hələ bitmədiyi barədə fikir birliyi var.

Bakı vaxtı ilə saat 08:30-a olan məlumata görə, Brent nefti Londonda ICE Futures Europe birjasında 0,5% yüksələrək bareli 63.43 dollara qalxıb. Qərbi Texas nefti (WTI) Nymex birjasında təxminən 1% bahalaşaraq bareli 57.43 dollara çatıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru